16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"AzParking"dən ŞİKAYƏT: Problemi bilirlər, amma həll etmirlər

"AzParking"dən ŞİKAYƏT: Problemi bilirlər, amma həll etmirlər

"AzParking" mobil tətbiqi istifadəçilərdə narazılıq yaradıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

İstifadəçi yazıb: "Mavi nöqtədə mənəm, xəritədə məndən əvvəl göstərilən parklanma nöqtəsinə daxil olub avtomobili parklamışam. Cərimə gəlir ki, səhv yerdə parklamısınız. Mən səhv yerdə saxlamamışam".

İstifadəçi eyni zamanda onu da qeyd edib ki, ərazidə parklanmaya baxan "AzParking" əməkdaşı da problemdən xəbərdar olduğunu və dəfələrlə agentliyə bu barədə məlumat verildiyini deyib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar mobil tətbiqdə ən yaxın məntəqəni seçərkən məkan təyinetmə zamanı avtomobilin park edildiyi məntəqə bəzən tam dəqiq göstərilmir.

"Buna görə də ərazidə yerləşən məlumat lövhələrindəki məntəqə nömrəsini daxil etmək vacibdir. Vətəndaşların belə problemlərlə üzləşməməsi üçün mobil tətbiqdə növbəti texniki yenilənmə zamanı sözügedən məsələ də nəzərə alınacaq".

Əzizə İsmayılova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница