08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Şəhid anası: "Füzulinin işğaldan azad olunmasına görə mənim sevincimin həddi-hüdudu yoxdur"

Şəhid anası: "Füzulinin işğaldan azad olunmasına görə mənim sevincimin həddi-hüdudu yoxdur"

"Füzuli şəhərinin işğaldan azad olunmasına görə sevincimin həddi-hüdudu yoxdur".

Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid Nurəddin Rəsulovun anası Reyhan Rəsulova deyib.

O bildirib ki, Füzulidən köçkün düşərkən şəhid övladı yenicə dünyaya göz açmışdı:

"Mən özüm Füzulidənəm. Füzuli rayonunda müharibə başlayanda, işğal zamanı şəhid olan oğlum dünyaya gəlmişdi. Biz onu da götürüb qaçdıq. Müxtəlif idarələrdə, çöllərdə qala-qala oğlumu saxladım. Vətənpərvər oğul böyütdüm. O, həmişə vətənpərvər olub. Hər zaman hərbçi olmaq istəyib. Hərbçi də oldu. Türkiyədə oxudu geri gəldi. Xüsusi təyinatlı idi. Komandonun baş kəşfiyyatçısı idi. 13 il kəşfiyyatçı oldu. Cənab Prezidentimiz tərəfindən müxtəlif medallarla təltif olunmuşdu.

Mən həmişə onunla fəxr etmişəm. Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasına görə mənim sevincimin həddi-hüdudu yoxdur. Düzdür, çox şəhid verdik. Şəhidlərimizin qanı bahasına biz Füzuliyə gəldik. Nəinki Füzuli, bütün rayonlarımız geri alındı.

Mən fəxr edirəm ki, vətənpərvər analar o cür oğullar yetişdiriblər. O cür oğullar erməni tapdağı altında qalan rayonlarımızı, torpaqlarımızı işğaldan azad etdilər. Biz elimizə, obamıza, torpaqlarımıza qayıtdığımız üçün sevinirik".

Aygün Mirakif



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница