16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Səhiyyə Nazirliyi Füzuli şəhərində əhali üçün səyyar müayinələr təşkil edib

Səhiyyə Nazirliyi Füzuli şəhərində əhali üçün səyyar müayinələr təşkil edib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyulun 12-də qurumun Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Füzuli şəhərində əhali üçün səyyar müayinələr keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar müxtəlif tibbi müayinələrdən keçirilir, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.

İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq, Füzuli sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr keçirilib.

Aksiya çərçivəsində Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq, tibb bacısından ibarət heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib, EMQ (elektromioqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Ortayaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaşlı əhali qrupları arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.

Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik edən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница