08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Taksi qiymətləri yenidən artacaq?

Taksi qiymətləri yenidən artacaq?

Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib. Oktyabrın 9-dan etibarən bəzi avtomobillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub. Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu məlumatı təsdiqləyib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bunlar taksi qiymətlərinə çoxdan təsir göstərib. İlin axırı daha bir qrup bloklanacaq:


"Yeni avtomobillər ucuz qiymətə taksi xidməti göstərmək istəmir. Bu da anlaşılandır. İndiki dövrdə o sürücülərin bahalı maşınla ucuz qiymətə xidmət göstərmək borcu yoxdur. Maşını ona görə təzələyirlər ki, pul qazansınlar. Bu, təbii prosesdir. Bloklanma ardıcıl gedir. İlin axırı daha bir qrup bloklanacaq. Maşınların 15 ili tamam olursa, sistem onu avtomatik bloklayır. Bu, normaldır. Çünki əvvəldən belə olacağı deyilmişdi".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница