16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar: "Evimizə necə tez gedək?"

"Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar: "Evimizə necə tez gedək?"

Bakı metrosunun "20 Yanvar" stansiyasının ətrafında fəaliyyət göstərən "manatlıq taksi"lərin yığışdırılması bu xidmətdən istifadə edən sərnişinlərin narazılığına səbəb olub.

Şikayətçilərin taksi ilə getdiyi ünvanlar üzrə müvafiq marşrut xətləri işləsə də, sərnişinlər saatlarla yollarda qalırlar. Buna səbəb avtobuslar arasındakı interval uzunluğu, həm də bu minik vasitələrində əlverişsiz şəraitin olmasıdır.

"Manatlıq taksi"lər fəaliyyətini dayandırsa, bəs camaat evinə necə tez gedəcək? Köhnə avtobuslardır, istidə bişirik, biz də məcbur olub taksidən istifadə edirik", - deyə sakin narazılığını bildirib.

Ərazidə "manatlıq taksi"lərin yığışdırılmasının səbəbinə gəlincə isə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq ayrılıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması və durması qadağandır.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, "manatlıq taksi"lər yığışdırıldığı üçün vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə alternativ yollar düşünülməlidir.

"Çıxış yolu kimi həmin istiqamətlərdə hərəkət edən marşrutdakı avtobusların sayının artırılmasına ehtiyac var. Avtobus sayı artırılsa, intervallar da azalacaq", - deyə nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница