08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

DİN toy karvanı iştirakçılarına müraciət edib

DİN toy karvanı iştirakçılarına müraciət edib

"Qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar".

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində bildirilib.

"Müşahidələr göstərir ki, toy karvanlarında olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.

Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. NİİM toy karvanlarında iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar", - deyə qurumun müraciətində vurğulanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница