16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qatar yoluna düşən sərnişinin son vəziyyəti AÇIQLANDI

Qatar yoluna düşən sərnişinin son vəziyyəti AÇIQLANDI

Metronun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxsin (kişi cinsli) hər iki ayağı amputasiya olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 3-də saat 19:00-da metronun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onun hər iki ayağı amputasiya olunub, vəziyyəti ağır stabildir".

Xatırladaq ki, oktyabrın 3-də sərnişin metronun "Ulduz" stansiyasında qatar yoluna düşüb. TƏBİB-dən verilən ilkin məlumatda şəxsin sağ aşağı ətrafının amputasiya olunduğu bildirilib. Hadisə nəticəsində qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

Qeyd edək ki, bu, eyni gündə təkrarlanan ikinci hadisə olub. Həmin tarixdə saat 16:00-da başqa bir sərnişin metronun "28 May" stansiyasında qatar yoluna düşüb, bundan sonra o, qatarın altında qalaraq vəfat edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница