Bakı metrosunda qatarın altına düşən şəxsin kimliyi bilindi
Cəmiyyət 0

Bakı metrosunda qatarın altına düşən şəxsin kimliyi bilindi - Yenilənib - Video

Bakı metrosunda qatarın altına düşərək ölən şəxsin kimliyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 55 yaşlı Rövşən Abışovdur.

İlkin ehtimala görə, R.Abışov intihar məqsədi ilə özünü qatarın altına atıb.

Hadisənin dəqiq motivi araşdırmalardan sonra məlum olacaq.

Metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb və dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab bildirilib ki, hadisə yerinə cəlb edilən briqada tərəfindən bir nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb:

"3 oktyabr tarixində saat 15:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasında sərnişinlərdən birinin qatar relslərinin üzərinə düşməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Briqada tərəfindən bir nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb".

Metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Kişi cinsli sərnişinin qatar yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.

Qatarların hərəkətində 17 dəqiqəlik yubanma baş verib.




Son xəbərlər