Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti AÇIQLANDI
Hadisə 1

Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti AÇIQLANDI

"Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 3-ü saat 19:12-də metronun "Ulduz" stansiyasında 20 yaşlı şəxsin (kişi cinsli) qatar yoluna düşməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - məlumatda deyilir.

Aygün Mirakif

Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.

Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.

"Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.

Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.

Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır" , - B.Məmmədov bildirib.

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

"Report" xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu gün daha bir sərnişin Metronun "28 May" stansiyasında qatar yoluna düşərək ölüb.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив