08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"Atlant" İstirahət Mərkəzində natəmizlik baş alıb gedir - ŞİKAYƏT

"Atlant" İstirahət Mərkəzində natəmizlik baş alıb gedir - ŞİKAYƏT

"Atlant" İstirahət Mərkəzinindən şikayət var.

"Yeni Gundem" xəbər verir ki, şikayətçi həftə sonunu keçirmək üçün "Atlant" İstirahət Mərkəzinə üz tutsa da, orada gördüklərindən dəhşətə gəlib:

"Həftəsonu bu məkana istrahət etmək üçün üz tutduq. Amma deyə bilərəm ki, əvvəlki "Atlant"dan əsər-əlamət qalmayıb: otaqları çox köhnəlib və əsaslı təmirə ehtiyacı var.

Hovuzlar bərbad vəziyətdədir: siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı, bir sözlə, nə desəniz, var. Üzməyə maneçilik törətmir, amma ki, xoş vəziyət deyil.

Hovuza girəndə elə bil Xəzər dənizinə girirsən. Kənarları yarpaqlarla doludur. Suyun altinda 1 metr qabagi görmək mümkün deyil. Bir sözlə, baxmsızlıq baş alıb gedir.

Sürüşkənlər çirklidir və yalnız 1-2-si işləydiyi üçün sıxlıq yaranır. Gunorta 1 saatlıq, axşam da saat 17:00-17:30-dan sonra bağlayırlar. Mərkəzdəki bilyard masalari köhnəlib, attraksionların çoxu işləmir.

Səhər yeməyi çox pis olmasa da, keyfiyyətsizdir. (Nahar və axşam yeməyi barədə məlumatım yoxdur.)

Tək müsbət cəhəti yaşıllıq və ağaclardır".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница