18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Bakıda kənd toyuğu adı altında natəmiz broyler məhsulu satılır (VİDEO)

Bakıda kənd toyuğu adı altında natəmiz broyler məhsulu satılır (VİDEO)
Bakıda kənd toyuğu adı altında natəmiz broyler məhsulu satılır (VİDEO)


Kənd toyuğu adı altında broyler toyuqlar satırlar, özü də natəmiz şəraitdə...

May.Az Xəzər TV-yə istinadən xəbər verir ki, üzərində sağlamlığını təsdiq edən baytarlıq möhrü yoxdur. Bu azmış kimi natəmiz vəziyyətdə olan soyuducularda saxlanılan toyuqlar həm də açıq havada satırlar.

Açıq toyuq satışının bir neçə metrliyində isə zibil qabları yerləşir. Nəticədə bura həm də pişiklərin məskəninə çevirilib.

Bu vəziyyət paytaxtın Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında yaşanır.

Üstəlik broyler toyuqları da kənd toyuğu adı ilə satılır.

Satıcıların sözlərinə görə, toyuqlar həyətdə saxlanılır, kəsilir və bazara gətirilərək satılır.

Satıcılar iddia edir ki, müştəri baxan kimi kənd toyuğu olduğunu bilir.

Bəs antisanitar satışa kim şərait yaradır? Əslində hansı qaydalara əməl olunmalıdır?

23 saylı Baytar Sanitar Ekzpertiza İdarəsinin rəisi Mehman Əliyev deyir ki, kənd toyuğu ilə broyleri seçməyin bir sıra üsulu var. Vətəndaşlar ilk növbədə toyuğun rənginə fikir verməlidirlər. Toyuğun xarici görnüşü sarımtıl rəngdədirsə deməli bu kənd toyuğudur. Ancaq burda da diqqət ediləsi məqam var. Çünki bəzi satıcılar toyuğun üzərini sarıköklə rəngləyə bilərlər.

Mehman Əliyev deyir ki, baytarlıq nəzarətindən keçmək üçün bazara gətirilən kəsilmiş toyuğun daxili orqanları üzərində olmalıdır. Yoxlamadan sonra hər bir toyuğun üzərinə sağlamlığını təsdiq edən möhür də vurulur. Müayinədən keçirildikdən sonra toyuğun satışına icazə verilir. Bəs antisanitariya vəziyyətində satılan toyuqlardan istifadə hansı xəstəliklər yarada bilər?

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница