17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Bank kartlarından istifadə edənlərə XƏBƏRDARLIQ

Bank kartlarından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank kartlarından kiberoğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kibermüdaxilə halları yenidən müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir:

"Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın. Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın.

Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin. Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin.

Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik", - məlumatda deyilir.




May.az — Azərbaycandan dünyaya doğru etibarlı xəbərlər

24/7 jurnalistika • Fakt-yoxlama • 25+ ölkədən oxucular • Gündəlik 1M+ ziyarətçi

✅ Müstəqil fakt-yoxlama 🌐 Beynəlxalq əhatə 📈 1,024,892 günlük ziyarətçi
May.az - world news

Saytın Statistikası

Яндекс.Метрика KatStat.ru - Топ рейтинг сайтов MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница