
15
октября
2021
13:00
"Kupçası" olmayan vətəndaşlar sənəd almaq üçün hara müraciət etməlidir? - VİDEO

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, bu sözləri Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin hüquq şöbəsinin müdiri Lalə Əkbərova bildirib.
O əlavə edib ki, pandemiya ilə bağlı işlərin aparılmasında ləngimələr yaranıb: "Müvafiq sənədlər olmadan inşa edilən tikililərin və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılma işləri hazırda davam edir. Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hansısa idarəyə müraciət etməsinə ehtiyac yoxdur.
Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar".