09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bolt tariflərlə bağlı açıqlama verdi

Bolt tariflərlə bağlı açıqlama verdi

Bolt şirkətinin Azərbaycandakı xidmətinin rəhbəri N.Əzizov qiymət siyasətlərində hər hansı bir dəyişiklik və minimum qiymətdə artım olmadığını BAKU.WS-ə bildirib. 


O, taksi xidmətlərinin dinamik qiymət prinsipi əsasında işlədiyini vurğulayıb. Ona görə də tələb və təklif arasında balanssızlıq olduqda, pik əmsallardan istifadə edərək, ride-hailing xidmət alqoritmləri onu balanslaşdırır.

"Bu o deməkdir ki, tələbin (sifarişçilərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin sayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər. Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə, qiymət avtomatik olaraq azalacaq" - deyə N.Əzizov bildirib.

Şirkət təmsilçisinin sözlərinə görə, taksidə gedişin dəyəri aşağıdakı amillər əsasında formalaşır: baza tarifi (avtomobilin qəbul məntəqəsinə gəlişinin dəyəri), gedişə sərf olunan vaxt üçün gediş haqqı, yürüş və dinamik əmsallar və sair. Qiymətlərə balanssızlıq şəraitində tələb və təklif arasındakı vəziyyət də təsirini göstərir.

"Sürücü səyahətin təxmini dəyərini görə bilər. Amma son qiymət fərqli ola bilər, bu da avtomobilin marşrutda pis hava şəraiti, yol işləri, tıxaclar və s. ucbatından gecikməsi ilə bağlı ola bilər. Və ya, məsələn, istifadəçi alternativ marşrut təklif edib və ya səfər zamanı təyinat yerini dəyişib. Ümumiyyətlə, hər hansı səfərin yekun dəyəri düsturla müəyyən edilir: (baza dəyəri ("təchizat") + məsafəyə görə xərc + səyahət vaxtına görə xərc) X faktoru" - deyə şirkət təmsilsisi bildirib.

N.Əzizov bildirir ki, Bolt müştərilərin xidmətdən razı qalması üçün hər şeyi edir. "Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün sürücülərə hər hansı insidentləri qeyd etməyə imkan verən proqram vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik" - deyə bildirilir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница