16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Aliment verməkdən boyun qaçıranların işi çətinləşir

Aliment verməkdən boyun qaçıranların işi çətinləşir
Aliment verməkdən boyun qaçıranların işi çətinləşir


Azərbaycanda alimentlə bağlı məhkəmə qərarların dərhal icra olunması ilə bağlı daha bir dəyişiklik edilir.

BAKU.WS trend-ə istinadla məlumatına görə, bununla bağlı "İcra haqqında” qanuna əlavə təklif edilir. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir.

Həmin maddəyə təklif edilən digər bəndə əsasən isə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir.

Qeyd edək ki, bir müddət öncə alimentlərin alınması haqqında qərarların dərhal icraya yönəldilməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə də dəyişkilk edilmişdi.

Təklif edilən dəyişiklik Milli Məclisin iyunun 30-a təyin edilmiş növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница