16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

DİQQƏT! Bu şəxslər qadağan edilən peşələrdə işləyə bilməyəcək - VİDEO

DİQQƏT! Bu şəxslər qadağan edilən peşələrdə işləyə bilməyəcək - VİDEO
Azərbaycanda qadın əməyinin qadağan olunduğu peşələrin sayı azaldılır.
Bununla bağlı əmək məcəlləsindəki müvafiq qanun layihəsinə dəyişiklik ediləcək. Sözügedən dəyişiklik ölkəmizdə qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılmasını, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasını nəzərdə tutur. Bəs zərif cinsin nümayəndələri həqiqətənmi bütün sahələrdə işləyə bilərlər? Suallarımızı ilk olaraq vətəndaşlara ünvanladıq.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, Əmək məcəlləsinə görə, təxminən 674 iş var ki, orada qadınların işləməsi qadağandır. Ancaq Ölkəmiz Beynəlxalq Əmək təşkilatının üzvü olduğu üçün buməhdudiyyətlərin aradan qaldırılması tələb edilir.
Dəyişikliyə əsasən, mövcud qanunvericilikdə qadın əməyinin qadağan edildiyi işlərin sayı azaldılaraq 204 çatdırılacaq.
Sahib Məmmədovun fikrincə, dəyişiklikdən əvvəl bir sıra qanunvericilik aktları da nəzərdən keçirilməli olacaq. Həmçinin sözügedən qərarla qadınlarla kişilərin orta aylıq əmək haqları arasındakı fərq aradan qaldırılacaq.(xəzərxəbər)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница