19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA

Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA
Gələn aydan etibarən pensiyaların indeksasiyası və artırılması gözlənilir.


Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


O qeyd edib ki, artıq son ayların statistikası göstərir ki, Azərbaycanda nominal orta aylıq əməkhaqqı 2023-cü ilin geridə qalan aylarında təxminən 11-11,2 faiz artıb.


"Bu isə ondan xəbər verir ki, gələn aydan etibarən əmək pensiyaları orta hesabla 11 faiz indeksasiya olunacaq. Bu, əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək və eyni zamanda, əmək pensiyalarının bütün məbləğini əhatə edəcək. Çünki əmək pensiyaları artıq tam olaraq indeksasiya olunur.


Eyni zamanda, əvvəlki dövrlərdə təxminən 100 min pensiya alan vətəndaşımızın pensiyasında indeksasiya olunmurdu, amma yeni qaydalara əsasən, əmək pensiyası alan bütün vətəndaşlarımızın, o cümlədən, hərbçilərimizin pensiyası indeksasiya olunaraq artırılacaq.
Ona görə də artıq 2024-cü ilin yanvar ayından artımlar reallaşacaq və bu artımlar imkan verəcək ki, əmək pensiyası alan vətəndaşlarımızın pensiyasında orta hesabla 11 faizlik artım qeydə alınsın", - deyə deputat əlavə edib.


Qeyd edək ki, 2022-ci ilin 5 noyabr tarixində Milli Məclis tərəfindən "Əmək pensiyaları haqqında" qanuna üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, pensiyaların indeksləşdirilərək artırılmasında bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edilib. Belə ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində indeksləşdirilərək artırılır.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница