16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda uşağa iki ad vermək qanunla mümkündürmü?

Azərbaycanda uşağa iki ad vermək qanunla mümkündürmü?
Azərbaycanda uşağa iki ad vermək qanunla mümkündürmü?


Bir sıra ölkələrdə vətəndaşlara iki ad daşımağa icazə verilir. Azərbaycanda da övladlarına iki ad vermək istəyən valideynlərin sayı az deyil. Bu, xüsusi ilə dini adlarla bağlıdır. Bəs ölkəmizdə qanunlar vətəndaşlara iki daşımağa icazə verirmi?

MAY.AZ-ın verdiyi xəbərə görə, mövzu ilə əlaqədar e-huquq.az-a münasibət bildirən hüquqşünas Nemət Ağalarov deyib ki, Azərbaycanda qanunlar vətəndaşlara iki adın verilməsini qadağan edir.

Onun sözlərinə görə, bu məsələ iki adın bitişik yazılması ilə həll olunur: “Məsələn, övladına Məhəmməd və Əli adlarını vermək istəyən valideyn arzusuna həmin adları bitişik yazmaqla – Məhəmmədəli- çatmış olur. İki adın bitişik yazılaraq vətəndaşa verilməsində hazırda qanunazidd hal yoxdur”.

Bununla belə, hüquqşünas qeyd edib ki, bu kimi adların bitişik yazılaraq bir ad şəklində təqdim edilməsinin gələcəkdə qadağan edilməsi ilə bağlı təkliflər var: “Hələlik bu məsələyə baxılır, müzakirə olunur. Gələcəkdə bu cür – Məhəmmədəli, Allahverdi və sair adlar da qadağan edilə bilər”.

N.Ağalarovun diqqətə çatdırıb ki, Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir: “Soyada gəlincə, yenə də valideynlərin razılığı ilə həm ana, həm də ata soyadı verilə bilər”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница