16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda maşın alverçilərinin yeni fırıldağı

Bakıda maşın alverçilərinin yeni fırıldağı
Bakıda maşın alverçilərinin yeni fırıldağı


Bakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil “ovlayırlar”.

İlk vaxtlar öz avtomobillərini satmaq istəyən sürücülər bunu yaxşı fikir kimi qəbul edirdilər, çünki bu halda bazara giriş üçün pul ödəmək lazım deyil (10 manat – red.) və əllə “pul təklif etməyə hazıram” işarəsi verən alverçi gördükdə, maşınlarını həvəslə saxlayırdılar.

Lakin vaxt keçdikcə bu problem yaratmağa başlayıb.

Bu barədə adını demək istəməyən paytaxt sakini Oxu.Az-a açıqlamasında danışıb:

“Mən Badamdarda yerləşən işlənmiş avtomobillərin bazarına gedirdim. Atama aid 2002-ci il buraxılışı olan “Mersedes E class” maşınını satmaq istəyirdim.

Bazara çatanda bir nəfər əlini qaldıraraq işarə etdi. Mən maşını saxladım.

O dedi ki, alverçidir və elə buradaca maşınımı ala bilər. Bir az sövdələşdikdən sonra razılaşdıq. Amma o, maşınımı tanış ustalara göstərəndə hər şey bir-birinə qarışdı.

Ustalar maşınıma “baxdıqları” və qəsdən maşınımdakı kiçik nasazlıqları düzəltdikləri zaman bu alverçi bütün var gücü ilə diqqətimi yayındırmağa çalışırdı.

Baxmayaraq ki, indiyə kimi maşında hər şey qaydasında idi, ustalar dedilər ki, maşında lyuk, kondisioner və əyləc sistemi işləmir. 1000 manat xərci var.

Onda anladım ki, bu bir fırıldaqdır. Onlar qəsdən kiçik nasazlıqları sıradan çıxarıblar ki, daha 1000 manat qiyməti aşağı salsınlar”.

Aydın olub ki, analoji hadisələr artıq geniş miqyas alıb. Polisə şikayətlər daxil olub.

Nəhayət, dünən vəziyyətə post-patrul xidmətinin əməkdaşları münasibət bildiriblər. Onlar Badamdar ərazisində yol polisi ilə birgə operativ tədbirlər həyata keçiriblər.

Onlar alverçilərə maşın bazarına gedən yolun kənarında dayanmağa icazə verməyiblər. Polisin xəbərdarlığına məhəl qoymayanlar isə saxlanılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница