16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda 10 minə kirayə ev verilir

Bakıda 10 minə kirayə ev verilir
Bakıda 10 minə kirayə ev verilir


Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.

May.Az-a xəbər verir ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (200-500 manat) 3,9% bahalaşıb.

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində yanvar ayında orta qiymətə olan mənzillərin (500-1000 manat) kirayə haqqı 1,4%, bahalı mənzillər (1000-3000 manat) 4,9% artıb. Eksklüziv mənzillərin (3000-10000 manat) isə kirayə haqqı 5,2% ucuzlaşıb.

Bazarda ən çox paya malik olan ucuz və orta qiymətli kirayə mənzillərdir. Beləliklə, ucuz mənzillər bazarın 43,7%-ni, orta qiymətə olan mənzillər 43%-ni təşkil edib.

Bahalı mənzillərin payı isə 13,3%-dir. Ən az paya eksklüziv mənzillər sahib olublar - 0,1%.

Qeyd edək ki, Bakı şəhəri üzrə ən ucuz birotaqlı, əşyasız kirayə mənzil Köhnə Günəşli qəsəbəsində yerləşir və aylıq kirayə haqqı 180 manat təşkil edir.

Paytaxtda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10 000 manat təşkil edir. Beləliklə, şəhərə və dənizə panoraması olan "Flame of Towers” yaxınlığında yerləşən 5 otaqlı eksklüziv təmirli və tam əşyalı mənzil bazara təklif olunub. Mənzilin ümumi sahəsi – 530 kv.m.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница