16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?

Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?
Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?


Sükan arxasında telefon istifadə etməklə “qəhrəmanlıq” edən, qəza şəraiti yaradan sürücülər qanun qarşısında cavab verəcək.

Bu sözləri Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün paytaxtın Heydər Əliyev prospektində baş verən qəzaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sükan arxasında sürücünün mobil telefonla danışması, ümumiyyətlə, sürücünün diqqətinin yayınmasına səbəb olan davranışlara yol verməsi qanun pozuntusudur:

“Bu gün istər respublika ərazisində, istərsə də Bakı şəhəri üzrə qeydə alınan yol qəzalarının 70 faizi bu cür səbəblərdən baş verir. Eyni zamanda, dəfələrlə sürücülərə səslənərək onları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.

Ötən gün baş verən hadisədə sürücü sükan arxasında mobil telefondan istifadə etməklə yalnız özü üçün deyil, həm də digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradıb. Bu birbaşa “Yol hərəkəti haqqında” qanunun tələblərinin kobud şəkildə pozulmasıdır.

Sükan arxasında telefondan istifadə etməklə, qəza şəraiti yaradan sürücülər heç də qəhrəmanlıq etmir. Onlar aidiyyəti üzrə qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”.

V.Əsədov onu da əlavə edib ki, avtomobil yollarında baş verən qəzalar heç kimin şəxsi həyatı deyil:

“Küçə və yollardan hər kəsin eyni dərəcədə istifadə etmək haqqı var. Vətəndaşların heç biri digərinin təhlükəsizliyini riskə atacaq qayda pozuntusuna yol verə bilməz. İctimai yerlərdə baş verən yol qəzaları heç kimin şəxsi həyatı ola bilməz.

Sizin vasitənizlə həmin sürücüyə və onun timsalında bu cür qayda pozuntularına yol verərək qəza halları yaradanlara səslənirəm ki, bu, qəhrəmanlıq deyil. Bu kimi davranışlar eyni zamanda digər sürücüləri də qanun pozuntusuna çağırır. Buna yol vermək olmaz. “Yol hərəkəti haqqında” qanunun tələbləri onlara riayət etmək üçündür. Qanunun tələblərini pozan hər kəs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq”.

Xatırladaq ki, ötən gün paytaxtın H.Əliyev prospektində “LADA Priora” markalı avtomobili idarə edən sürücü telefonla canlı yayıma çıxaraq qəza törədib. Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik edərək maşınını qarşıdakı digər avtomobilə vurub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница