Sosial

Ermənistanda elektrik enerjisi ucuzlaşdı

Поделиться:
Ermənistanda elektrik enerjisi ucuzlaşdı


Fevralın 1-dən Ermənistanda elektrik enerjisinin qiyməti ucuzlaşıb.

BAKU.WS azadliq.org-a istinadən xəbər verir ki, gündüz vaxtı elektrik enerjisinin 1 kilovatı 1, 22 dram ucuzlaşaraq 44,98, gecə tarifi isə 10 dram az-34,98 dram olub.

Aztəminatlı ailələr üçünsə gündüz tarifi 40, gecə tarifi isə 30 dram olub. Ermənistan ictimai xidmətlərin tənzimlənməsi komissiyası müvafiq qərarı ötən ilin dekabrında qəbul edib.

Müqaisə üçün deyək ki, 50 dram təxminən 10 ABŞ sentidir.

Qeyd edək ki,ötən il ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı kütləvi etirazlar keçirilmişdi.

Bundan əvvəl-ötən ilin sonlarında Ermənistanda yanacaq və qazın da qiyməti endirilib.

Təqvim

«    sentyabr 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlərə abunə olun!
Мы не спамим
Яндекс.Метрика