16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda çörəyin qiyməti qalxacaq - EKSPERT

Azərbaycanda çörəyin qiyməti qalxacaq - EKSPERT
Azərbaycanda çörəyin qiyməti qalxacaq - EKSPERT


Yaxın günlərdə Azərbaycanda un və un məhsullarının qiyməti qalxa bilər

BAKU.WS xəbər verir ki, bunu aznews-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. Onun sözlərinə görə, manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq:

"Azərbaycan idxaldan asılıdır. İdxal da inhisardadır. İnhisarçılar çalışır ki, daha çox qazanıb, gəlir əldə etsinlər. Belə olan halda, daxili istehsal zəif olduğu üçün və manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq. Ona görə ki, ölkəyə dollarla gətirilən məhsullar Azərbaycanda manatla satılır. Bu halda unun qiymət artımı un məhsullarının artımına səbəb olacaq. Bu birmənalıdır.”

Vahid Məhərrəmov qeyd edib ki, un və çörəyin qiymətini hər bir sahibkar özü müəyyən edəcək: "Elektrik enerjisinin və qazın qiymətinin artması sahibkarın xərcini artırır. Sahibkar da istəyir ki, çəkdiyi xərcin müqabilində gəlir əldə etsin. Əlbəttə, indiki halda çörəyin qiyməti mütləq artacaq. Yaxud da keyfiyyətinə təsir edəcək.”

Çörəyin qiymətinin nə zaman qalxması məsələsinə gəldikdə isə, ekspert bunu inhisarların marağından asılı olduğunu deyib: "Çörəyin qiymətinin qalxması sabah da baş verə bilər, bu gecə də. Bu inhisarçıların marağından asılıdır. Qiymət hər an dəyişə bilər.”

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница