16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda kişilər üçün sayt yaradıldı - VİDEO

Azərbaycanda kişilər üçün sayt yaradıldı - VİDEO

Kişilər üçün nəzərdə tutulan Gent.az saytı fəaliyyətə başlayıb.
Gent.az müasir kişilərin fiziki, əqli və emosional həyatlarına təsir edən, onu inkişaf etdirən, dəb,mədəniyyət, incəsənət, idman, karyera, qadınlar, texnologiya, səyahət, həyat tərzi, sağlamlıq, əyləncəyə dair ən son yenilikləri və aktual xəbərləri əhatə edən Azərbaycanın ilk və tək onlayn kişi jurnalıdır.
Gent.az – kişilərin rahatlıq hiss edəcəyi onlayn platformadır. Ən son texnoloji yeniliklər, avtomobillər və məşhur brendlər haqqında maraqlı məlumatlar, gözəl xanımlarla tanışlıq və qadınlarla münasibətlər, sağlam həyat tərzi, daha dəbli görünmək üçün faydalı məsləhətlər saytın əsas mövzularını təşkil edir.
Saytın layihə rəhbəri Araz Davudun sözlərinə görə Gent.az sadəcə sayt deyil, kişilərin əyləncə və stil üzrə naviqatoru, proqressiv dünya görüşü və azadlıq simvoludur. "Biz güclü cinsə yeni dünya reallıqlarında və müasir mədəni mühitdə orientirlənməyə imkan yaradacaq, qadınlar və cəmiyyətlə münasibətlərdə uğurlu olmaqda kişilərə yardımçı olacağıq. Saytda sadə dillə vacib mövzular barədə yazaraq oxuculara ətrafda baş verənləri daha yaxşı başa düşmələri üçün şərait yaratmışıq. Maraqlı xəbərlər verir, məhşurlarla müsahibələr edir, oxucular üçün önəmli olan vizual həllər hazırlayırıq".
Gent.az bu gündən istifadəçilərin ixtiyarına buraxılıb. Sayta keçid edərək ətraflı tanış ola bilərsiniz.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница