16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq
Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq


Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq.

MAY.AZ bildirir ki, bunu oxu.az-a açıqlamasında kitabın müəllifi Kəmalə Aşumova bildirib.

Onun sözlərinə görə, kitab yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim olunub:

“Dərsliyin hazırlanmasında nazirliyinin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Tədris vəsaiti “Biologiya” və “Həyat bilgisi” müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlama prosesi artıq iki ildir ki, davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı “Reproduktiv sağlamlığın tədrisi” kimi səslənir”.

“Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?”, - sualına Kəmalə Aşumova cavab olaraq bildirib ki, bu, mübahisəli sualdır:

“Azad bir Avropada yaşamağımıza baxmayaraq, ona birmənalı cavab vermək çətindir. Ancaq gələn ildən başlayaraq, dərsliyin təqdim ediləcəyi ehtimal olunur və müvafiq dərslik, demək olar ki, hazırdır. Bu mövzunun tətbiqi üçün digər ölkələrin təcrübəsinə nəzər saldıq. Dərsliyin tərtibatına töhfə məqsədilə ABŞ-dan dəvət edilmiş beynəlxalq ekspertlər pedaqoqlar və səhiyyə işçilərinə təlimlər keçiblər”.

Kitabın müəllifi qeyd edib ki, noyabr ayından etibarən ölkə məktəblərində reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır:

“Təlimlər Bakı və regionlarda keçiriləcək. Qeyd edim ki, oğlanlar və qızlar üçün dərslər ayrı-ayrılıqda aparılacaq. 11-12 yaşında yeniyetmələrdə cinsi inkişaf başlayır. Əsas məqsəd ondan ibarətdir ki, onlar düzgün inkişaf etsin.

Erkən nikahlar artıb, uşaqlar zorakılığa məruz qalır. Düşünürəm ki, onların valideyn olarkən cəmiyyətdə sağlam yaşaması böyük əhəmiyyət kəsb edir. Bunun üçün kitabın tədris olunması vacibdir.

Dərsliyin uşaqlara faydası olmayacağını düşünənlər də ola bilər. Bu da, əsasən, cəmiyyətimizin mühafizəkar təbəqələrinin nümayəndələridir. Müasir uşaqlar və yeniyetmələr fiziki cəhətdən çox erkən inkişaf etməyə başlayıb. Fiziologiyaya əlavə olaraq, bu dərs eyni dərəcədə ciddi məsələləri həll edəcək.

Bu, uşaqların əsas ünsiyyət bacarıqları, anlaşma, düzgün qərar vermə, sağlam həyat tərzi, ailə planlaşdırılması və gələcəkdə məsuliyyətli valideyn olmaq üçün yeniyetmələrdə müsbət münasibət formalaşmasına imkan verəcək.

Son zamanlar aparılan tədqiqatlar və müxtəlif təşkilatlar tərəfindən aparılan sorğular gənclərdə reproduktiv sağlamlıq sahəsində fizioloji və gigiyena biliklərinin olmamasını göstərir. Bu məqsədlə də gənclərin düzgün, mənəvi və sağlam formalaşması üçün bu tədrisin tətbiqini vacib hesab edirik”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница