17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir

Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir
Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir


Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir.

MAY.AZ Trend-ə istinadla məlumat verir ki, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkir.

Siqaret çəkənlərin 14 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,9 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,2 faizi, 20-44 yaşlı kişilərin 26,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,8 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 32,3 olub.

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница