18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Onlar Bakıya gələ bilməyəcəklər - Siyahı

Onlar Bakıya gələ bilməyəcəklər - Siyahı

Xəbər verdiyimiz kimi, iyulun 23-dən 26-dək Keçirilməsi planlaşdırılan "DREAM FEST 2025" beynəlxalq musiqi festivalında dəyişiklik edilib.

Axşam.az-ın məlumatına görə, buna səbəb Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri olub.

Bəs görəsən, festivalda çıxış etməsi planlaşdırılan hansı ifaçıların konserti təxirə salınıb?

İlk öncə onu qeyd edək ki, gecənin aparıcılığı rusiyalı aparıcı Regina Todorenko və aktyor Miloş Bikoviçə həvalə edilmişdi.

Musiqili gecədə yer alacaq ifaçılar arasında isə Alsu, Ani Lorak, Eqor Krit, Timati, İrina Dubsova, Alyona Apina, məşhur "Ruki verx" və "Serebro" qrupu, Maksim Fadeyev, Klava Koka və başqaları var idi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və sair ləğv edib.

Onu da əlavə edək ki, musiqili festivalda Xalq artistləri Aygün Kazımova, Emin Ağalarov, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Tünzalə Ağayeva, müğənnilər Aysel Teymurzadə, Samirə Efendi, Nigar Camal, Zamiq Hüseynov, əcnəbu ulduzlar Nikol Şerzinger, Milos Bıkovıc, Sandra, Haddaway, İnqrid, Alessandro Safina və başqaları çıxış edəcəklər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница