16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

“Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş

“Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş
“Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş



“Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş

Azərbaycanın əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Şimali Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib.

Gecce.az Virtualaz.org-a istinadən xəbər verir ki, müğənni bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan etmişdi ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, xeşteq də qoymuşdu: # finally – “nəhayət” və historyinthemaking - “tarix yaradılır”. Yerevandan sonra Ququş Tbilisiyə yola düşməli idi.

Və bir neçə tanınmış Azərbaycan biznesmeni Zaqafqaziya turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət etmişdi. Ancaq, virtualaz.org-a açıqlamasında Ququşun özünün bildirdiyi kimi, Azərbaycan hakimiyyəti – Mədəniyyət və Turizm Nazirliyinin şəxsində rədd cavabı verib və müğənninin Bakıda konserti qadağan edilib.

“Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”, - deyə Ququş bildirib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница