16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Atasının maşınını satıb borcunu ödədi

Atasının maşınını satıb borcunu ödədi

"Çox əziyyət çəkdim, hamı deyirdi, Allahın sınağıdır. Gücüm, taqətim qalmamışdı. Tək qalmışdım, bütün ailənin yükü üzərimdə idi. Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim".

Lent.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova sosial şəbəkədə yazıb. O, biznesinin batmasından, borclarından danışıb:

"Ağlınıza gəlməyəcək qədər borclandım. Sentyabrda bir möcüzə baş verdi. Mənə İrandan təklif gəldi və adıma aid olan salon brendimi satın almaq istədi. Salonumun şəbəkələrini açmaq istədilər.

Məbləği yazmayacağam, amma razılaşdım. 6 ay boyunca hər ay bu məbləğ mənə gələcək. Bununla bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü formada qayıdacağam. Hər ay bütün xəyallarımı gerçəkləşdirəcəyəm.

İnanıram ki, atam məni görür. Atamın maşınını belə satıb borca vermişdim. təkcə maşının nömrəsi qalmışdı, onu ölsəm də satmaram. Həmin avtomobili atama mən hədiyyə etmişdim.

Çalışın düşməyin. Mənim kimi saf olub pullarınızı dağıtmayın. Əlinizdəki pulları qoruyun ki, mənim başıma gələnlər sizin başınıza gəlməsin. Çünki pulun varsa, şöhrətin var. Hamı başına dolanır, düşəndə isə batırsan.

Əlvida pis günlər, xoş gəldin yaxşı həyat. Müqavilə işləri bitəndən sonra bu maşınla bütün ailə üzvlərimiz atamı ziyarətə gedəcəyik".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница