Воскресенье
апр 23

"Növbəti ad gününü Xalq artisti kimi təbrik edək"

Əməkdar artist Rafael İskəndərovun 51 yaşı tamam olur.
OLAY yazır ki, bununla bağlı sənətçinin oğlu Fuad İskəndərov paylaşım edib.
Atası ilə fotolarını səhifəsində yerləşdirən Fuad bu sözləri yazıb:
"Bu gün həm peşəmdə örnək götürdüyüm insanın, həm ən yaxın dostumun, həm də atamın ad günüdür. Sevindirici hal ondan ibarətdir ki, bu saydıqlarım bir nəfərdir. Canım atam, yaxşı ki, dünyaya gəlmisən, yaxşı ki, bu ölkədə anadan olmusan və bizim ailənin başçısısan. Azərbaycan Respublikasının Əməkdar Artistini 51 yaş münasibəti ilə ürəkdən təbrik edirəm və arzulayıram ki, növbəti ad günündə səni Respublikanın Xalq Artisti kimi təbrik edək!".

Комментарии (0)

Оставить комментарий