16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Arif Quliyevin xanımının vəziyyəti ağırdır: "İnsult keçirib, beş gündür, yatmırıq"

Arif Quliyevin xanımının vəziyyəti ağırdır: "İnsult keçirib, beş gündür, yatmırıq"
Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.


Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.


"Artıq səkkiz ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir. Beş-altı gün bundan öncə yenidən halı pisləşdi. Biz, onsuz da, onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq", - deyə aktyorun oğlu bildirib.


Sənətkarın oğlu bildirib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib.


"Atam üçün çox darıxır. Qismət olmur ki, məzarını ziyarət etsin. Anam, ümumiyyətlə, atamla nəfəs alırdı. Xasiyyətcə çox utancaqdır. Evə çəkiliş qrupu gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin. Atam çox narahat insan idi. Anamın xəstələnəndə daim yanında oldu. Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü. Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi", - deyə Rövşən Quliyev bildirib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница