16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Britni Spirs yenə ailəvi problemlərin cəngində: Bu dəfə oğulları ilə - FOTO

Britni Spirs yenə ailəvi problemlərin cəngində: Bu dəfə oğulları ilə - FOTO
Dünya şöhrətli müğənni Britni Spirsin ailəsi heç cür onu rahat buraxmır. Ancaq əvvəllər müğənni valideynləri və bacısı ilə ictimaiyyət qarşısında mübahisə edirdisə, indi oğulları Şon və Ceydenlə münaqişə yaranıb. Belə ki, ötən gün gənclər açıq müsahibə verərək anaları ilə çətin münasibətlərindən danışıblar.
Britninin cavabı özünü çox gözlətməyib. 40 yaşlı müğənni "Instagram"a təxminən üç dəqiqəlik səs yazısı yükləyib və orada oğullarının da o biri ailəsi kimi olduğunu bildirib. İfaçının sözlərinə görə, uşaqları ona elə baxırlar ki, elə bil o, xəstədir. Britni övladlarına ataları Kevin Federlayna hələ də pul ödədiyini xatırladıb.
Kiçik oğlu Ceydenin Britninin atası Ceymi Spirsin hərəkətlərini müdafiə etməsi isə onu xüsusilə incidib.
"Beləliklə, Ceyden, bütün ailəmin həmişə etdiyi kimi, sən də "ümid edirəm ki, yaxşılaşar" və "onun üçün dua edəcəyəm" sözləri ilə məni qınayırsan... Nə duası edəcəksiniz? Atanıza ayda 40 min pul verməyə davam etmək üçünmü mənim yaxşılaşmağımı istəyirsiniz?" - deyə o bildirib.
Britni onu da qeyd edib ki, ideal ana olmasa da, oğulları ilə münasibət qurmaq üçün ciddi səylər göstərir. Halbuki uşaqları vaxtın bitməsinə iki saat qalmış onu tərk edir və səmimi söhbətlərdən yayınırlar.(Oxu.az)




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница