09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO

“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO
“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO


Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar “Recep İvedik - 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə görə narahat olduğunu bildirib.

May.Az AzVision.az-a istinadla xəbər verir ki, “Anadolu” agentliyinə açıqlama verən deputat Şahan Gökbakar və filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub yazacağını deyib.

“Filmdə bir boks səhnəsi var. Orada dialoq və mübarizə əks olunur. Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam. Fraqmenti izləyən Azərbaycandakı dostlarım mənimlə əlaqə saxlayaraq narazılıqlarını bildiriblər”, - deyə o bildirib.

Millət vəkili iki ölkə arasında mövcud münasibətlərə toxunaraq bildirib ki, bir film səhnəsi ilə dostluğumuz pozula bilməz:

“Nə üçün hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır? Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çoxdur.

Azərbaycanlı idmançı çempion olunca, türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur”.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница