09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Azərbaycanlı aktrisa: "İstədiyim pulu versələr, yatağa girərəm"

Azərbaycanlı aktrisa: "İstədiyim pulu versələr, yatağa girərəm"
Azərbaycanlı aktrisa: "İstədiyim pulu versələr, yatağa girərəm"


Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmovun "Açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar dəvət edir..." fikirləri gənc aktrisa Mələk Heydərovanı özündən çıxarıb.


Açıqlama verən aktrisa ittihamı qəbul etməyib:

"Bizim rejissorlar kənar yerdən gətirdikləri aktrisaya elə bir məbləğ təklif edirlər ki, həmin aktrisa istənilən səhnəni oynamağa razılıq verir. Amma bizim aktrisalara o səhnəni oynamaq təklifi qarşısında çox cüzi qonorar verirlər. Xaricdə seksual səhnələri oynadığı üçün aktrisa qınaq atəşinə tutulmur. Üstəgəl də bunun müqabilində yaxşı məbləğ alır. Film də dünyada uğur qazanır. Biz isə beş manat pul alırıq, üstəgəl də beş il də camaatın ağzında söz oluruq. Bizi ağ yuyub, qara sərirlər. Hələ bilmirik də ki, o film uğur gətirəcək ya yox. Lazım gələrsə, filmdə öpüşərəm də, yataq səhnəsinə də çəkilərəm. Amma baxır hansı məbləğə. 100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm".

M.Heydərova onu da bildirib ki, seksual səhnələrin necə çəkilməsindən çox şey asılıdır: "Alen Delonun çəkildiyi bir film var, orada sevgilisinin əlcəyi yerə düşür. Aktyor onu elə ehtirasla yerdən qaldırır ki, ona baxan tamaşaçı ehtiraslanır. O səhnə yüz ilin ən seksual səhnəsi sayılırdı.
Yəni sözümün canı budur ki, rejissordan çox şey asılıdır. Öpüş, yataq, ümumiyyətlə, seksual səhnələri açıq-saçıqlıq olmadan da verə bilər".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница