16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yağışın insan bədəninə 7 TƏSİRİ

Yağışın insan bədəninə 7 TƏSİRİ
Bir çox insan yağış səsini sevir. Kimsə bunu romantik və sakitləşdirici hesab edir, digərləri üçün yağış qoxusu stressi aradan qaldırmağa kömək edən ən gözəl təbiət hadisəsidir.

Yağışda gəzmək müalicəvi təsir göstərə bilər: beyni sakitləşdirir, yatmış düşüncələrin və duyğuların sərbəst buraxılmasına kömək edir.

Yağışın qoxusuna hətta 1960-cı illərdə iki Avstraliya alimi tərəfindən tərtib edilmiş xüsusi ad verilib: petrikor. Bu aroma torpaq bakteriyaları, quruda bitkilərin buraxdığı yağlar və ozon, oksigen və azot molekullarını parçalayaraq azot oksidinə çevirərkən meydana gələn kimyəvi qarışıqdır.

Yağışlı günlər stresin öhdəsindən gəlməyə, əhvalı yaxşılaşdırmağa, sakitləşməyə və bu anın dadını çıxarmağa kömək edir.

Publika.az oxucuları yağışın insan bədəninə 7 təsiri ilə tanış edir:

1. Yağışın qoxusu beyni aktivləşdirir.

2. Yüksək nəmlik dəri və saçları qidalandırır, yeri gəlmişkən yağış qələvi xüsusiyyətə malik olduğundan baş dərisi üçün faydalıdır.

3. Yapon alimləri müəyyənləşdirdilər ki, soyuq və yağışlı havalarda məşqlər daha çox kalori və yağ yandırır, nəinki isti havada edilən idman.

4. Yağış damcıları toz və mikrobları udur, havanı təmizləyir.

5. Yağışda gəzmək üsyankar əhval-ruhiyyə yaradır, odur ki, hər hansı bir qaydanı pozmaq istəyirsinizsə, özünüzü tutmayın.

6. Yağışda gəzmək insana problemləri fərqli istiqamətdən görməyə kömək edir.

7. Yağış zamanı küçələrə çıxan insanların sayı az olduğundan, belə havalarda gəzmək fikir və hisslərimizi tənzimləməyə imkan verir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница