16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Əqli zəifliyə qalib gələn İÇKİ

Əqli zəifliyə qalib gələn İÇKİ

Fransız ekspertləri müntəzəm istifadəsi insanın qoca yaşlarında əqli zəifliyin inkişafı riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edən içkidən danışıblar.
Bu barədə Big.az "Report"a istinadən xəbər verir.
Alimlərin araşdırmasının nəticəsinə görə, bu içki qəhvədir. Məlum olub ki, qəhvə beyinin işini stimullaşdırır və yaddaşın pisləşməsi ilə mübarizə aparmağa kömək edir.
Ekspertlər bildirirlər ki, əqli zəifliyin öhdəsindən gəlmək üçün gündə üç fincan qəhvə içmək kifayətdir.
Alimlər onu da əlavə ediblər ki, bu vasitə qadınlarda daha çox effektivliyi ilə seçilib, iddiaya görə, qəhvənin kişilərə təsiri zəifdir.
Qəhvənin digər faydaları da var. Avstraliya alimləri bildirirlər ki, dünyadakı hər insan gündə ən azı iki fincan qəhvə içsə, yüz minlərlə insan ölümcül qaraciyər xərçəngindən də xilas edilmiş olar. Alimlər hesab edir ki, gün ərzində iki və ya üç stəkan qəhvə içmək xərçəngə yoluxma riskini 38%, bu xəstəlikdən ölüm riskini 46% azaldır. Əgər gündə dörd fincan qəhvə içsəniz, bu rəqəmlər müvafiq olaraq 41% və 71% olacaq.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница