09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Soğan- sarımsaqla xərçəngdən qorunun - Mütəxəssisdən məsləhətlər

Soğan- sarımsaqla xərçəngdən qorunun - Mütəxəssisdən məsləhətlər

Türkiyəli onkologiya üzrə mütəxəssis Nilüfer Avcı xərçəngə qarşı mübarizə üçün soğan-sarımsaq yeməyi məsləhət görüb.

"Çoxlu sarımsaq və soğan yeyin" deyən həkim düzgün qidalanma ilə bağlı bir neçə məsləhət verib:

"- Soğan və sarımsaq güclü kanserogen olan nitrozaminləri bloklayaraq bizi xərçəngdən qoruyur.

- Brokolinin tərkibində prostat xərçənginə qarşı qoruyucu rolu olan qlükorafanin var.

- Qırmızı üzümdə çoxlu resveratrol var. Resveratrol xərçəngə qarşı qoruyur, xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.

- Moruq, çiyələk və qaragilə kimi meşə meyvələri antikanserogen ellargik turşu ilə zəngindir. Ellargik turşu albalı, armud, alma və kividə də olur.

Təbiətdəki bir çox qida insanın inkişafı üçün lazımdır. Təkcə sağlam qidalanmaq kifayət deyil. İdmanla məşğul olmalı, zərərli vərdişlərdən uzaq durmalıyıq. Stresdən uzaq durun, istirahət edin və hobbilərlə məşğul olun. Unutmayaq ki, bizi xərçəngdən qoruyan və ya xərçəngi sağaldan heç bir qida maddəsi yoxdur"./bakupost.az




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница