08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Xərçəngə qarşı badımcan kürüsü

Xərçəngə qarşı badımcan kürüsü
Badımcan kürüsü xərçəng riskini azaldır.
Medicina.az xəbər verir ki, bu açıqlama ilə tanınmış rusiyalı nevroloq Dmitri Şubin çıxış edib.
"Badımcan bənövşəyi rəngdədir. Parlaq rəngə sahib olan hər-hansı bir tərəvəz və ya meyvə çox spesifik funksiyaya malikdir", - deyə həkim əlavə edib.
Onun sözlərinə görə, tərəvəzin tərkibində xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan antosiyanin maddəsi var.
"Badımcan kürüsünün inqrediyentləri siyahısında isə əlavə olaraq pomidor, yerkökü, şirin bibər, soğan və sarımsaq olur. Bu tərəvəzlər xərçəng əleyhinə təsirə malikdir", - deyə ekspert vurğulayıb.
O, həmçinin badımcan kürüsünün tərkibində K vitamini olan göyərti olduğunu qeyd edib.
"Bu vitamin isə sümüklərin daxili möhkəm karkasının formalaşmasında iştirak edir", - deyə Şubin sözlərini yekunlaşdırıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница