16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qidaları günün hansı saatlarında yemək faydalıdır? - Vacib TÖVSİYƏ

Qidaları günün hansı saatlarında yemək faydalıdır? - Vacib TÖVSİYƏ
Qidaları günün hansı saatlarında yemək faydalıdır? - Vacib TÖVSİYƏ


Günə balanslı qidalanma ilə başlamaq orqanizmin enerjisini və məhsuldarlığnı artırır.

Xüsusilə, doğru qidaların doğru zamanda istifadəsi həm xəstəliklərdən qoruyur, həm də artıq çəkinin qarşısını alır. Bəs, hansı qidanı hansı vaxtlarda yeməliyik?

MAY.AZ publika.az-a istinadən hansı qidaların səhər, günorta və ya axşam saatlarında faydalı olduğu ilə tanış edib.

Alma

Almamı niyə səhər menyusuna daxil etməliyik? Çünki almanın tərkibinə xolesterin və qanda şəkərin səviyyəsini aşağı salan pektin daxildir.

Niyə axşam yeməyində yeməyək? İçərisində olan qidalı liflər həzm sistemini gecə saatlarında yükləyir, mədə turşusunu artırır.

Pomidor

Pomidoru niyə səhər yeməyində yeməliyik? Çünki həzmi yaxşılaşdırır və metobolizmanı gücləndirir.

Niyə axşam yeməyində yeməyək? Pomidorun tərkibində olan turşəng turşusu orqanizmin su-duz balansını pozur ki, bu da şişkinliyə səbəb ola bilər.

Meyvə quruları

Nə üçün günorta yeməyində yeməliyik? Təzyiq riskini azaldır və ürək sağlamlığını qoruyur.

Niyə axşam yeməyək? Quru meyvələr kalorilidir. Axşamlar yeyildikdə artıq çəkiyə gətirib çıxarır.

Portağal

REKLAM

www.facebook.com

Daha ətraflı
Native Video by Adributor

Niyə nahar və şam yeməyindən sonra yemək olar? Həzmi yaxşılaşdırır və metobolizmanı sürətləndirir.

Niyə səhər yeməyində yemək olmaz? Portağal boş mədəni qıcıqlandıra və qastiritə səbəb ola bilər.

Banan

Nə üçün günorta yeməyində yeməliyik? Günorta vaxtı həzm proseslərini yaxşılaşdırır.

Niyə axşam yeməyində yeməyək? Həzm sistemini yükləyir.

Qatıq

Niyə axşam yeməyində qatıq yeməliyik? Axşam yeməyini daha sürətlə həzm etməyə yardım edir, sümükləri möhkəmləndirir.

Səhər yeməyində niyə qatıq yemək olmaz? Boş mədənin turşuluğunu daha da artırır və mədəyə zərər verir.

Ət

Nə üçün günorta yeməyində yeməliyik? Xəstəliklərə qarşı müqavimətini artırır.

Niyə axşam yeməyində yemək olmaz? Ətin həzm olunma prosesi 4-6 saat çəkir. Həzm sisteminə zərər verə bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница