
17
апреля
2022
10:33
Diqqət: Bu qidaları gecə yesəniz... – FAYDALARI

Lakin elə qidalar var ki, onları gecə saatlarında da yemək olar. MAY.AZ axar.az-a istinadən xəbər verir ki, maraqlı məlumatları təqdim edir.
- Bəzi elm adamları gecə ac yatmağın çox yemək qədər zərərli olduğunu bildirir. Əgər gecə aclıq hiss etsəniz, pendir yeyə bilərsiniz. Pendir tez həzm olan qidalardandır.
- Dietoloqlara görə, qatıq gecə yeyilə biləcək möhtəşəm qidalardandır. Qatıq həmçinin həzmi asanlaşdırır və artıq çəkiləri atmaqda sizə kömək edir.
- Gecə banan yemək də sizin aclıq hissinizi yatıracaq və mədənizdə olan narahatlığı aradan qaldıracaq. Həmçinin, banan yemək həzmi sürətləndirir və gecə rahat yatmağınıza kömək edir.
- Gecə yatmazdan əvvəl bir stəkan albalı şirəsi içmək aclıq hissinizi aradan qaldıracaq və gecəni rahat yatmaqda kömək edəcək.
- Yaşıl tərəvəzlər də gecə yeyilməsi məsləhət edilən qidalardandır. Məsələn, kələm yesəniz, həm aclığınız keçəcək, həm də artıq çəkiləri atmaqda sizə kömək edəcək.