Operativ xəbər portalı!

Dili seçin

Oktyabrın ilk həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq?

Oktyabrın ilk həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq?

Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Oxu.Az-ın təqdim etdiyi afişada oktyabrın 1-dən 7-dək Bakıda keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alır.

1 oktyabr

Oktyabrın ilk həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq?

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 11:00-da "Nağıllar aləmində" nağıl-tamaşa nümayiş olunacaq.

Tamaşanın rejissoru Loğman Kərimovdur.

Biletlərin qiyməti: 7 AZN

Heydər Əliyev Sarayında saat 20:00-da "Однажды в России" ("Bir dəfə Rusiyada") şousu olacaq.

Yaradıcısı prodüser Vyaçeslav Dusmuhametov olan şou müasir sosial və aktual mövzulara həsr olunmuş satirik sketçlərin toplusunu təqdim edir.

Biletlərin qiyməti: 39 - 199 AZN

2 oktyabr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da konsert olacaq.

Konsertin dirijoru Fəxrəddin Kərimov, solisti Ümid Musayevdir.

Biletlərin qiyməti: 4 - 20 AZN

3 oktyabr

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:10-da "Palata" tamaşası nümayiş olunacaq.

Tamaşa dünyaşöhrətli yazıçı Anton Pavloviç Çexovun "6 №-li palata" əsəri əsasında hazırlanıb.

Biletlərin qiyməti: 8 - 15 AZN

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 19:00-da Cüzeppe Verdinin "Traviata" operası göstəriləcək.

Operanın dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yulana Əlikişizadədir.

Biletlərin qiyməti: 12 - 20 AZN

4 oktyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da "Karlson" tamaşası oynanılacaq.

Gürcüstanlı usta kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da "Məmmədağa Umudov - 75" adlı konsert keçiriləcək.

Biletlərin qiyməti: 4 - 20 AZN

Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da "Palitralar" adlı konsert keçiriləcək.

Biletlərin qiyməti: 5 - 10 AZN

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da "İblis və..." tamaşası nümayiş olunacaq.

Tamaşa Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

Qeyd edək ki, tamaşa, həmçinin, oktyabrın 5-i və 6-sı da eyni saatda oynanılacaq.

Biletlərin qiyməti: 10 - 25 AZN

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Adamın adamı" tamaşası nümayiş olunacaq.

Tamaşa Xalq yazıçısı Anarın "Adamın adamı" pyesi əsasında səhnəyə qoyulub. Əsərin bəstəkarı Xalq artisti Vasif Adıgözəlov, yeni quruluşda rejissoru Əsgər Əsgərovdur.

Biletlərin qiyməti: 8 - 15 AZN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində saat 19:00-da "Ümid nəğməsi" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur.

Biletlərin qiyməti: 10 AZN

"M-Teatr"da saat 19:00-da "Məsəl, ya Əməl?!" tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 10 - 20 AZN

5 oktyabr

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 12:00 və 14:00-da "Karlsonun macəraları" adlı tamaşa oynanılacaq.

Biletlərin qiyməti: 7 - 8 AZN

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 (Azərbaycan dilində) və 16:00-da (rus dilində) "Cırtdan" tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da "Buratinonun macəraları" tamaşası nümayiş olunacaq.

Əsərin müəllifi Aleksey Tolstoy, tamaşanın quruluşçu rejissoru İvitsa Simiçdir (Xorvatiya).

Biletlərin qiyməti: 7 - 10 AZN

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Sumru Yavrucuk" monotamaşası oynanılacaq.

Biletlərin qiyməti: 30 - 100 AZN

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) saat 19:00-da "P.A.N.D.A." tamaşası nümayiş olunacaq.

"P.A.N.D.A." tamaşası dramaturq Matey Vişnekin əsəri əsasında hazırlanıb. Səhnə əsərində aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur.

Biletlərin qiyməti: 5 - 15 AZN

"M-Teatr"da saat 19:00-da "Gözlənilməz təşrif" adlı tamaşa göstəriləcək.

Tamaşa Y.Paplavskinin "İlham pərisi" pyesinin motivləri əsasında hazırlanıb.

Biletlərin qiyməti: 10 - 20 AZN

6 oktyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da "Qızıl balıq" tamaşası oynanılacaq.

Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edən yaradıcı heyət onun məşhur "Balıqçı və balıq haqqında nağıl"ını fərqli səhnə yozum və tərtibatında hazırlayıb.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da "Mauqli" tamaşası təqdim olunacaq.

Redyard Kiplinqin "Cəngəlliklər kitabı" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Biletlərin qiyməti: 7 - 10 AZN

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da "Приключения Алладина, принцессы Жасмин и Джина-духа лампы" ("Ələddinin, Şahzadə Jasmin və lampadakı cinin sərgüzəştləri" tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 AZN

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 14:00-da "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.

Tamaşanın rejissoru Loğman Kərimovdur.

Biletlərin qiyməti: 7 AZN

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) saat 19:00-da "21:15 qatarı" adlı tamaşa nümayiş olunacaq.

"21:15 qatarı" tamaşası dramaturq Toyğun Orbayın əsəri əsasında hazırlanıb. Səhnə əsəri ekzistensial oyun janrında nümayiş olunur. "21:15 qatarı" tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

Biletlərin qiyməti: 5 - 15 AZN

Heydər Əliyev Sarayında saat 19:00-da "Qu gölü - Qıpçaq rəqsləri" nümayiş olunacaq.

Baletin quruluşçu baletmeysteri Ruslan Pronin, dirijoru Əyyub Quliyevdir.

Biletlərin qiyməti: 15 - 45 AZN

"M-Teatr"da saat 19:00-da "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov, musiqi tərtibatı Amid Qasımovdur.

Biletlərin qiyməti: 10 AZN

Xanım Aydın



Яндекс.Метрика MobTop.az