16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı metrosu gecə saat 1-ə qədər işləyəcək

Bakı metrosu gecə saat 1-ə qədər işləyəcək
Bakı metropoliteninin iş rejimində dəyişiklik edilir.
Bu barədə BiG.AZ-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dəyişiklik UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən "Qarabağ" Futbol Klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədardır:
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"28 May" və "Nərimanov" stansiyalarında da ehtiyat tədbriləri görüləcək".
"Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra "Gənclik" stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq", - məlumatda qeyd edilib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница