18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Üzr istəməyi bacara bilirikmi?

Üzr istəməyi bacara bilirikmi?
Üzr istəməyi bacara bilirikmi?


Şəxsiyyətlərarası konfliktlər bəzən bizim istəmədən belə qarşımızadakı insana qarşı kobud rəftrarımıza, onu incitməyimizə və bunun nəticəsində isə özümüzü günahkar hiss etməyimizə səbəb olar.

Bəzən qəsdən bəzən də bilməyərəkdən kiminsə xətrinə dəyirik və vicdan əzabı bizi narahat edir. Üzr istəməli olduğumuzu bilsək də qarşı tərəfi daha da incitmədən necə etməli olduğumuzu bilirikmi? Ümumiyyətlə üzr istəməyi bacarırıqmı?

Üzr istəmək şəxsiyyətimizi alçaltmaz. Çox zaman biz insanlar üzr istəməyi utancverici bir hərəkət sayarıq. Əslində isə səhvini anlamaq, üzr istəmək cəsarətdir və bizim özünə inamımızı təmin edir.
Danışıq tərzi və üzr. Üzr istəyərkən danışıq tərzimizə, jest və mimikalarımıza diqqət yetirməliyik. Çünki üzr istəyərkən gələcək konfliktlərə yol aça biləcək hər hansı bir ifadəni işlətmək və qarşımızdakı insana ikinci zərbəni vurmaq heç də xoş olmaz.Konflikt və müzakirə. Üzr istəyərkən münaqişə etdiyimiz mövzunu sakit şəkildə müzakirə etmək məsələni kökündən həll etməmizə yardımçı olar və bu da bizim üzr istəməmizi asanlaşdırar.
İlk adddımın atılması.
Əgər özümüzü günahkar hiss ediriksə, ilk addımı qarşı tərəfdən gözləmədən, barışmağa özümüz cəhd etsək daha yaxşı olar. Barışmaq üçün üz üzə danışmaq telefon , sms, e-mail və s. vasitələrdən daha effektlidir. Bunu mütləq nəzərə almalıyıq.
Təklikdə üzr istəmək.
Söhbətimizə kənardan müdaxilə olunmaması üçün və yaxud fikrimizin yayınmaması üçün təklikdə danışmağımız daha məqsədə uyğun hesab edilir. Bu halda hər iki tərəf təklikdə olduğu üçün ünsiyyət daha səmimi alınar və nəticəyə müsbət təsir edər.

Səmimilik önəmlidir. Əgər özümüzü günahkar hiss etmiriksə bu halda üzr istəməyək. Çünki haqsızlığa uğradığımızı düşündüyümüz şəraitdə üzr istəmək bizi daha aqressiv edər və özümüzü üzr istəməyə məcbur etdiyimiz üçün qarşı tərəf qeyri səmimiliyimizi hiss edə bilər.
Üzr istəməyə gecikməyin.
Zaman keçdikcə qarşı tərəf sizi bağışlamaqda tərəddüd edə bilər. Əgər emosionalsınızsa mövcud situasiyadan sonra nisbətən zaman keçməyini gözləyin. Bu zamanın çox uzun olmamasına xüsusi diqqət yetirin.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница