18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Dünyanın ən dərin hovuzu: dibində sualtı şəhər salınıb

Dünyanın ən dərin hovuzu: dibində sualtı şəhər salınıb

İtaliyanın Terme Millepini otelində yerləşən Y-40 Deep Joy hovuzu 2014-cü ildə açılıb və o vaxtdan bəri dünyanın ən dərin hovuzu adını qoruyur. Su daim 32–34°C istilikdə saxlanılır.

Layihə məşhur memar Emanuele Boetto tərəfindən təkcə əyləncə üçün deyil, həm də ciddi təlimlər və elmi tədqiqatlar üçün hazırlanıb. Burada dayverlər, xilasedicilər, hətta kosmonavtlar da bacarıqlarını sınaqdan keçirirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hovuzun özəlliyi yalnız rekord dərinliyində deyil, həm də su altındakı mürəkkəb memarlıq quruluşunda gizlənir.

Müxtəlif səviyyələrdə süni mağaralar, üzmə tunelləri, araşdırıla bilən "batmış şəhər" yerləşdirilib.

Bundan başqa, hovuzun bütün dərinliyi boyunca quraşdırılmış xüsusi illüminatorlar sualtı məkanı təbii işıqla doldurur. Filtrasiya və suyun qızdırılma sistemi isə kristal təmizlik və uzun müddət qalmaq üçün rahat şərait yaradır.

İstifadə və sağlamlığa təsiri
Ziyarətçilər hovuzda həm akvalanqla, həm də fridayvinq (tənəffüssüz sərbəst dalğıc) ilə məşğul ola bilirlər. Yeni başlayanlar üçün isə peşəkar təlimatlar və dalğıcların dəstəyi təqdim olunur.

Bundan əlavə, hovuz terapevtik məqsədlərlə də istifadə olunur. İsti suda qalmaq stresi və gərginliyi azaldır, hidoterapiya və "çəki­sizlikdə meditasiya" isə insanın psixi və fiziki sağlamlığına müsbət təsir göstərir.

Texniki nəzarət
Belə mürəkkəb obyektin işləməsi üçün davamlı texniki nəzarət tələb olunur. Mühəndislər 24 saat ərzində təzyiqə, temperaturaya və suyun kimyəvi tərkibinə nəzarət edir və ziyarətçilərin təhlükəsizliyini təmin edirlər.

Hovuzun əhəmiyyəti
Y-40 Deep Joy sadəcə attraksion deyil, həm də idman, elm, reabilitasiya və əyləncəni birləşdirən çoxfunksiyalı mərkəzə çevrilib. O, insanın müxtəlif məqsədlər üçün unikal mühitlər yaratmaq imkanlarını nümayiş etdirir.

Bu layihə yeni nailiyyətlər üçün ilham mənbəyi olur və süni tikililərin imkanları barədə təsəvvürlərimizi genişləndirir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница