18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Hər evdə olan bu 4 məhsul təbii ağrıkəsici sayılır

Hər evdə olan bu 4 məhsul təbii ağrıkəsici sayılır

Dərman qəbul etmədən ağrılardan xilas olmaq mümkündür. Mütəxəssislər bildirir ki, bəzi bitkilər və təbii yağlar orqanizmdəki iltihabı azaldaraq ağrını aradan qaldıra bilir. Bu vasitələr həm təhlükəsiz, həm də uzunmüddətli təsirə malikdir. 


BAKU.WS təsiri elmi cəhətdən sübut olunmuş təbii ağrıkəsici vasitələri təqdim edir.

Zəncəfil

Zəncəfil orqanizmdəki iltihabi prosesi azaldaraq ağrını yüngülləşdirir. Xüsusilə baş və əzələ ağrılarında təsirlidir. İsti zəncəfil çayı gündə iki dəfə qəbul oluna bilər.

Çobanyastığı

Təbii sakitləşdirici təsirə malik olan çobanyastığı çayı baş ağrısı, gərginlik və mədə ağrılarında kömək edir. Spazmları aradan qaldırır, orqanizmi rahatladır.

Nanə yağı

Nanə yağının tərkibindəki mentol ağrı reseptorlarını sakitləşdirir. Xüsusilə baş ağrısı və miqrendə gicgaha az miqdarda çəkildikdə rahatlıq verir.

Sarımsaq

Təbii antibiotik kimi tanınan sarımsaq diş ağrısında və soyuqdəymə nəticəsində yaranan narahatlıqlarda effektivdir. Əzilmiş sarımsağı pambığa büküb ağrıyan dişin üzərinə qoymaq müvəqqəti rahatlıq gətirir.

Mütəxəssislər qeyd edir ki, bu vasitələr təbii olsa da, xroniki və ya güclü ağrılar zamanı həkimlə məsləhətləşmək vacibdir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница