Вторник
янв 04

Yeni ildə həddindən artıq yeyənlər oxusun

Xüsusən bayram günləri, əyləncə gecələri və toyda bəzi insanlar həddindən artıq qida qəbul edirlər. Bu da mədədə şişlik, narahatlıq yaradır və insan özünü daha ağır hiss edir.
May.az yeməyi həddindən çox yeyənlərin həzm prosesini asanlaşdırmaq üçün bir neçə içkini təqdim edir.
1. Boğaz ağrısına qarşı istifadə olunan zəncəfil eyni zamanda həzm problemini də aradan qaldırır.
Tərkibi:
4-6 dilim zəncəfil
2 stəkan su
1-2 xörək qaşığı bal
1/2 limon suyu
Zəncəfili suda qaynadıb bir az soyumağa buraxın. Zəncəfil dilimlərini sudan təmizləyib içinə bal və limon suyu əlavə edin.
2. Soyuqdəymə zamanı içilən və ya təzə yarpaqları çeynənilən nanə mədə-bağırsaq problemlərindən qurtulmaqda da sizə yardımçı olacaq.
Tərkibi:
5 qaşıq bal
8 paket nanə çayı
1 limon
təzə nanə
Çayları təxminən 5-6 dəqiqə suda dəmləyin. Çay paketlərini təmizlədikdən sonra içinə bal əlavə edib tam həll olunana qədər qarışdırın. Daha sonra qarışımın üzərinə 1,5 litr soyuq su əlavə edin. Limonu incə doğrayıb nanə yarpaqları ilə birlikdə içinə atın.
3. Alma həzmə kömək edən ən təsirli meyvələrdən biridir.
Tərkibi:
1/2 alma
3 hil
4 stəkan su
1-2 xörək qaşığı bal
limon qabığı
Suyu qaynadın, içinə limon qabığı, alma və hil əlavə edib, 5 dəqiqə deməyin. Qarışımı süzüb içinə bal, nanə töküb istehlak edin.
4. Kəklikotu və şaftalı qarışımı mədəni təmizləyərək daha rahat hiss etməyinizə imkan verəcək.
Tərkibi:
4 yetişmiş şaftalı
1 qaşıq bal
1 stəkan soyuq su
təzə kəklikotu
Kəklikotunu 10 dəqiqə dəmlədikdən sonra süzüb içinə bal, doğranmış şaftalı, təzə kəklikotu atıb qarışdırın və sonda üzərinə su əlavə edin.
İsti havalarda bu qarışımlara buz əlavə edərək istehlak edə bilərsiniz.

Комментарии (0)

Оставить комментарий