22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC

80 milyon il əvvəl dinozavrlar sümük infeksiyasından tələf olub (ARAŞDIRMA)

80 milyon il əvvəl dinozavrlar sümük infeksiyasından tələf olub (ARAŞDIRMA)

Braziliyanın San-Paulu ştatındakı İbira ərazisində aparılan tədqiqatlar göstərib ki, təxminən 80 milyon il əvvəl nəhəng sauropod dinozavrlar ağır sümük infeksiyası – osteomielit səbəbindən məhv olublar.

Qaynarinfo xəbər verir ki, bu nəticələr "Interesting Engineering" nəşrində dərc edilib.

Araşdırma Keara ştatında yerləşən Kariri Regional Universitetinin (URCA) alimlərinin rəhbərliyi ilə aparılıb. Onların sözlərinə görə, xəstəliyin izləri altı fərqli dinozavr qalıqlarında aşkarlanıb. Sümüklərdə sağalma əlamətlərinin olmaması heyvanların xəstəlik aktiv mərhələdə olarkən öldüyünü göstərir.

Osteomielit – bakteriya, virus və ya göbələk mənşəli patogenlərin törətdiyi sümük infeksiyasıdır. Bu gün bu xəstəlik məməlilərdə, quşlarda və sürünənlərdə rast gəlinir.

Tədqiqat zamanı alimlər sümükləri skan edən elektron mikroskop və stereomikroskop vasitəsilə incələyiblər. Aşkarlanan izlərdən bəziləri yalnız sümük iliyində məhdudlaşıb, bəziləri isə sümük səthinə qədər yayılıb. Zədələnmiş nahiyələrin süngərəbənzər quruluşu qan damarlarının iştirakı ilə xəstəliyin inkişaf etdiyini təsdiqləyib. Bu, osteomieliti digər sümük xəstəliklərindən, məsələn, osteosarkoma və ya şiş törəmələrindən fərqləndirməyə imkan verib.

Alimlər ilk dəfə olaraq sauropod qalıqlarında üç yeni forma osteomielit qeydə alıblar: kiçik dairəvi çıxıntılar, barmaq izi naxışına bənzər oval izlər və böyük dairəvi deformasiyalar. Tədqiqatın müəllifi Tito Aurelyano bildirib ki, bu ağır lezyonlar əzələlər və dəri ilə bağlı olub, qan və irin axıntısına səbəb ola bilərdi.

Əvvəlki, 2021-ci ildə aparılmış bir tədqiqatda həmin bölgədə tapılan kiçik növ sauropod – Ibirania parva-da qan paraziti mənşəli osteomielit aşkarlanmışdı.

Milyon illər əvvəl bölgədə quraq iqlim hökm sürüb, dayaz və ləng axan çaylar, həmçinin iri dayanıqlı göllər mövcud olub. Alimlərin fikrincə, belə mühit patogenlərin yayılmasına, onların su və ya həşəratlar vasitəsilə dinozavrlara, tısbağalara və qədim timsahəbənzər canlılara ötürülməsinə şərait yaradıb.




Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница