09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

İki ildir yata bilmir: Sirli xəstəlik həkimləri çaşdırır

İki ildir yata bilmir: Sirli xəstəlik həkimləri çaşdırır

Britaniyalı Oliver Elvis artıq demək olar ki, iki ildir yuxunun nə olduğunu unudub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, heç bir dərman və ya güclü sakitləşdirici preparat ona yuxuya getməkdə kömək etmir.

Gecə başlayıb, həyatını dəyişib


Elvisin sözlərinə görə, hər şey bir neçə il əvvəl başlayıb. O gecə heç cür yata bilməyib və o vaxtdan hər yeni gün onun üçün əsl sınağa çevrilib: "Hər gün içimdə yanıb-alovlanan bədənlə yaşamaq uğrunda mübarizədir", – o etiraf edir.


Yorğunluq yoxdur, amma bədən dağılır

Ən maraqlısı odur ki, Elvis özünü yorğun hiss etmir, daim sanki "döyüşə hazır vəziyyətdə"dir. Amma fasiləsiz yuxusuzluq sağlamlığına ciddi ziyan vurub.


Əzələ və sümük ağrıları güclənib, görmə qabiliyyəti pisləşib, həzm sistemi zəifləyib, hərəkət koordinasiyası ciddi şəkildə pozulub.


Müalicə axtarışı: evini satıb, dünyanı dolaşıb

Çarə tapmaq ümidi ilə Elvis evini sataraq bütün yığdığı pulları müalicə axtarışına xərcləyib. O, Hindistandan İtaliyaya, Türkiyədən Kolumbiyaya qədər müxtəlif ölkələrdə həkimlərə və müalicə üsullarına müraciət edib. Lakin heç bir metod nəticə verməyib.


Hazırda o, vəziyyətinə diaqnoz qoya biləcək və yuxusunu qaytara biləcək istənilən mütəxəssislə əməkdaşlığa hazır olduğunu bildirir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница