16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qəbizliyin gənəgərçək yağı ilə müalicəsi

Qəbizliyin gənəgərçək yağı ilə müalicəsi
Qəbizliyin gənəgərçək yağı ilə müalicəsi


Gənəgərçək yağı qəbizlik zamanı ən effektli təbii müalicəvi vasitələrdən biri sayılır.

MaY.AZ saglamolun.az-a istinadən bildirir ki, gənəgərçək yağı ziyansızdır və onun düzgün qəbulu adətən heç bir yanaşı təsirlərə səbəb olmur.

Hamilə qadınlara gənəgərçək yağını qəbul etmək olmaz. Bağırsaqların fəaliyyətinin gücləndirilməsi uşaqlığın yığılmasına gətirib çıxarda bilər ki, bu da dölsalma və ya vaxtından tez doğuşla nəticələnə bilər.

Bundan əlavə gənəgərçək yağını qarında güclü ağrılar, ürəkbulanması və qusma zamanı qəbul etmək olmaz.

Böyüklər üçün doza - 1-2 xörək qaşığı, uşaqlar üçün - 1 çay - 1 desert qaşığı (uşağın yaşından asılı olaraq). Gənəgərçək yağının çox spesifik dadı var. Yağın qəbulunu asanlaşdırmaq üçün onu hər hansı şirəyə (limon, portağal və s.) əlavə etmək olar.

Effekt 2-6 saat ərzində baş tutur. Həkimlər gənəgərçək yağını 3 gündən artıq qəbul etməyi tövsiyə etmir.

Gənəgərçək yağı, bütün digər işlədici dərmanlar kimi, yalnız istisna hallarda qəbul olunmalıdır. Belə dərmanların daim qəbulu bağırsaqların fəaliyyətini daha da pozur, atoniyanın (fəaliyyətdən qalma) inkişafına səbəb olur və qəbizliyi daha da ağır edir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница