13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Azərbaycanın dövlət qurumları Türkiyənin Cümhuriyyət bayramını təbrik edirlər

Azərbaycanın dövlət qurumları Türkiyənin Cümhuriyyət bayramını təbrik edirlər

Azərbaycanın Dövlət Sərhəd Xidməti Türkiyənin 29 Oktyabr - Cümhuriyyət bayramını təbrik edib.

Oxu.Az bildirir ki, bununla bağlı qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

"Cümhuriyyətin 101-ci ildönümündə Türkiyə xalqına davamlı sülh, rifah və əmin-amanlıq diləyir, qardaşlığımızın gələcək nəsillərə nümunə olmasını arzu edirik!" - deyə təbrikdə bildirilir.

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.

Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq".

Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin 29 Oktyabr - Cümhuriyyət bayramını təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

"Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edirik. Qardaş Türkiyənin Cümhuriyyəti hər zaman güclü və daimi olsun! Yaşa, var ol, Türkiyə!" - deyə təbrikdə bildirilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница